<p><strong>Rəqəmsal Vitrininizi Birlikdə Yaradaq!</strong></p>
VEBSAYT

Rəqəmsal Vitrininizi Birlikdə Yaradaq!

Yeni rəqəmsal dünyada brendləri vebsaytsız təsəvvür etmək mümkün deyil.  Saytınız brendinizin rəqəmsal dünyadakı baş ofisi, 7/24 işləyən ən güclü satış təmsilçisi və müştərilərinizlə qurduğunuz vizual dialoqun mərkəzidir. Ziyarətçi saytınıza daxil olduğu ilk bir neçə saniyədə şirkətiniz haqqında qərar verir, məhz buna görə hər detal əhəmiyyətlidir.

Trenders olaraq, vebsaytı təkcə gözəl görünən bir vitrin kimi yox, biznes məqsədlərinizə xidmət edən funksional bir alət kimi qururuq. Brendinizin vizual kimliyinə uyğun, istifadəçi təcrübəsi düşünülərək hazırlanmış, mobil cihazlarda mükəmməl işləyən saytlar yaradırıq. Biz elə bir rəqəmsal ekosistem qururuq ki, daxil olan hər bir ziyarətçi brendinizin sadiq müştərisinə və tərəfdarına çevrilir.

"

Mükəmməl vebsayt istifadəçinin heç bir çətinlik çəkmədən, instinktiv olaraq addımladığı və brendlə emosional bağ qurduğu rəqəmsal məkandır.

Vebsayt
01
VEBSAYT

UX/UI Veb Dizayn və İstifadəçi Təcrübəsi

Dizayn prosesinə rəqəmlərin və piksellərin deyil, birbaşa insan davranışlarının gözü ilə baxırıq. UX (İstifadəçi Təcrübəsi) mərhələsində hədəf kütlənizin sayt daxilində necə hərəkət edəcəyini, hansı məlumatı axtardığını və harada qərar verdiyini addım-addım xəritələndiririk. Məqsədimiz ziyarətçini yormadan, onu ən qısa və rahat yolla hədəfə çatdırmaqdır.

UI (İstifadəçi İnterfeysi) mərhələsində isə bu struktura brendinizin unikal vizual kodlarını tətbiq edirik. Rənglərin emosional təsirindən, tiporqafiyanın gücündən və kreativ mikro-animasiyalardan istifadə edərək, saytınızı rəqiblərindən tamamilə fərqləndirən müasir bir rəqəmsal geyim hazırlayırıq. Çünki ilk təəssürat rəqəmsal dünyada hər şeydir.

"

Veb dizayn sadəcə estetika deyil. UX/UI həlləri ilə istifadəçi və brendiniz arasında səmimi rəqəmsal bağ qururuq.

Quote side

Trenders vebsayt xidmətlərinə fərdi dizayn, korporativ və landing səhifələr, CMS inteqrasiyası, e-ticarət həlləri, SEO əsaslı qurulum və davamlı texniki dəstək daxildir.

02
VEBSAYT

Korporativ, Landing və E-Ticarət Platformaları

Hər bir biznesin rəqəmsal ehtiyacı fərqlidir. İstər brendinizin nüfuzunu və peşəkarlığını əks etdirən genişmiqyaslı korporativ sayt, istər konkret bir kampaniya üçün yüksək dönüşüm (conversion rate) vəd edən Landing səhifəsi, istərsə də mürəkkəb satış proseslərini idarə edən E-ticarət platforması olsun, biz hər layihəyə özəl fərdi yanaşma tətbiq edirik.

Xüsusilə onlayn satış platformalarında müştərinin məhsulu səbətə atmasından ödəniş anına qədər olan bütün prosesi qüsursuz və təhlükəsiz idarə edirik. Bütün cihazlarda (mobil, planşet, masaüstü) eyni çevikliklə işləyən adaptiv (responsive) strukturlar sayəsində, brendinizin satış qıfını (sales funnel) maksimum dərəcədə optimallaşdırırıq.

Vebsayt
03
VEBSAYT

Texniki Performans, Dəstək və Yenilənmə

Ən gözəl dizayn belə gec açılan bir saytda öz dəyərini itirir. Biz hazırladığımız saytların arxa fonunda (clean-code) qüsursuz texniki infrastruktur, güclü SEO təməli və maksimum yüklənmə sürəti təmin edirik. Saytınızın təhlükəsizliyi və axtarış mühərriklərinin (Google və s.) tələblərinə tam cavab verməsi bizim üçün texniki standartla yanaşı, bir məsuliyyətdir.

Lakin tərəfdaşlığımız saytın təhvil verilməsi ilə bitmir. Rəqəmsal dünya daima dəyişir və brendiniz böyüdükcə saytınızın da inkişaf etməsi qaçılmazdır. Texniki dəstək, təhlükəsizlik yenilənmələri və mütəmadi performans analitikası ilə saytınızın hər zaman aktual, təhlükəsiz və trenddə qalmasını təmin edirik.

Trenders glassmorphism

Hər bir layihə üçün maksimum sürət, sarsılmaz etibarlılıq və gələcəyin tələblərinə hazır rəqəmsal infrastruktur yaradırıq.

"
Marina Village Vebsayt
VEBSAYT

Vebsayt - Marina Village

Marina Village Azərbaycan sahilində ilk yaxt-klubu, İtalyan memarlığını və müasir şəhər həyatını birləşdirən eksklüziv yaşayış kompleksidir. Trenders olaraq qarşımızda duran vəzifə bu premium təcrübəni rəqəmsal məkanda eyni keyfiyyətlə ötürmək idi. Layihəyə saytın əsas məqsədini və hədəf auditoriyasını dəqiq müəyyənləşdirməklə başladıq, ardınca texniki tapşırıq hazırlandı və bütün məzmun strukturu qurularaq prototipləşdirildi.

Dizayn mərhələsində UX/UI prinsiplərinə əsaslanaraq, layihənin premium mövqeyini əks etdirən vizual dil formalaşdırıldı. Kopiraytinq komandamız dəniz və təbiət harmoniyasını sözlərlə canlandırarkən, proqramlaşdırma komandamız bu konsepsiyanı sürətli və mükəmməl işləyən vebsayta çevirdi. Məzmunla zənginləşdirilib tam funksional təhvil verilən sayt sayəsində Marina Village, öz premium yaşayış konseptini onlayn məkanda da eyni güclə ifadə etmək imkanı qazandı.

Bizimlə Əlaqə 

Böyük hədəfləriniz üçün doğru tərəfdaş axtarışındasınız? Biznesinizə uyğun marketinq və rəqəmsal həllər üçün bizimlə əlaqə saxlayın.

ÜnvanSabah Residence, 20 Ziya Yusifzadə, Baku 1003
İş saatlarıBazar ert - Cümə: 09:00 - 18:00
Bizi izləyin
Xidmət seçin
Büdcənizi seçin
Müddəti seçin

By submitting, you agree to our Terms and Privacy Policy.