HAQQIMIZDA

Biz kimik ?

Təcrübə
7+
Layihə sayı
85+
Tərəfdaş
60+
Müştəri Məmnuniyyəti
+98 %

Trenders strateji yaradıcılıq və müasir texnologiyanın kəsişməsində dayanan yeni nəsil marketinq agentliyidir.


Biz 2019-cu ildən bəri marketinq sahəsində qlobal standartları yerli bazara inteqrasiya edərək, öz sahəsinin peşəkarlarından ibarət 8 fərqli ixtisaslaşmış departamentlə vizual və strateji həllər təklif edirik. Ənənəvi çərçivələr və dar qəlibləri qəbul etmirik. Portfoliomuzda yer alan 70-dən çox yerli və qlobal brendin avtomobildən daşınmaz əmlaka, bankçılıqdan, retail sahəsinə qədər hər birinin uğur hekayəsinin arxasında məhz bu fəlsəfə dayanır. Biz hər bir layihəyə fərdi yanaşırıq. Trenders sadəcə gündəlik sosial media idarəçiliyi ilə məhdudlaşan bir SMM agentliyi deyil. Biz, bir brendin doğulmasından onun bazarda mövqelənməsinə qədər bütün yaradıcı və strateji prosesləri idarə edən tammiqyaslı bir ekosistemik. Biznesinizin ehtiyac duyduğu hər bir həlli vahid mərkəzdən və bir-biri ilə tam inteqrasiya olunmuş şəkildə təqdim edirik.

Missiyamız Və Dəyərlərimiz

Bizim missiyamız aydındır: Brendinizi sadəcə görünən yox, seçilən etmək.
Həmçinin yerli və qlobal bazarda fəaliyyət göstərən brendlərin vizual və strateji dilini yenidən inşa etməkdir. Bizneslərin hədəf kütləsi ilə doğru, səmimi və emosional bağ qurmasını təmin edərək, onların real nəticələr əldə etməsinə şərait yaradırıq.

Bizim üçün ən böyük dəyər etibardır. İşimizdə süni şəkildə şişirdilmiş vədlərə yer yoxdur. Hər zaman real, şəffaf və ölçülə bilən nəticələrlə hərəkət edirik. Eyni zamanda, yaradıcılıqda çərçivələri qəbul etmirik. Hər bir layihəyə cəsarətlə yanaşır, təkrarçılıqdan qaçır və hər zaman ən səmimi olanı axtarırıq.

Bizi Fərqli Edən Nədir ?

Biz sərhədsiz ideyalarımızı biznesiniz üçün real qazanca və ölçülə bilən uğura çeviririk. Uğurlu bir marketing kampaniyası yalnız gözəl vizuallardan ibarət ola bilməz. Onun arxasında hər zaman güclü bir məntiq və analiz dayanmalıdır. Biz Trenders-də hər bir addımı dəqiq bazar araşdırmaları, rəqib təhlilləri və hədəf kütləsinin davranış modelləri üzərində qururuq.

Yaradıcı komandamız daxilindəki limitsiz təxəyyülü qoruyub saxlayaraq ən yaradıcı konseptləri hazırlayır, analitik qrupumuz isə bu ideyaları real biznes hədəflərinə və ölçülə bilən nəticələrə çevirir. Biznesinizi süni və klişe şüarlarla deyil, səmimi, dürüst və hədəfəbaxan hekayələrlə böyüdürük.


BizimKomandamız

Böyük uğurların təməlində hər zaman güclü komanda dayanır. Öz sahəsinin mütəxəssislərini bir araya gətirən  Trenders fərqini yaradan komandamızla tanış olun. 

Komandaya bax
Fuada Isgandar Rahimli
Fuada Isgandar RahimliMarketinq Direktoru
Kənan Qafar
Kənan QafarDizayn Komandasının Rəhbəri
Nəzrin Dadaşova
Nəzrin DadaşovaAI Departamentinin Rəhbəri
Diana İbrahimova
Diana İbrahimovaProdakşn Komandasının Rəhbəri
Qüdrət Qurban
Qüdrət QurbanKontent Komandasının Rəhbəri
Cavid Axundov
Cavid AxundovTəsisçi

Bizimlə Əlaqə 

Böyük hədəfləriniz üçün doğru tərəfdaş axtarışındasınız? Biznesinizə uyğun marketinq və rəqəmsal həllər üçün bizimlə əlaqə saxlayın.

ÜnvanSabah Residence, 20 Ziya Yusifzadə, Baku 1003
İş saatlarıBazar ert - Cümə: 09:00 - 18:00
Bizi izləyin
Xidmət seçin
Büdcənizi seçin
Müddəti seçin

By submitting, you agree to our Terms and Privacy Policy.