<p><strong>Sosial Mediada Trendləri İzləmir, Yenilərini Yaradırıq!</strong></p>
SMM

Sosial Mediada Trendləri İzləmir, Yenilərini Yaradırıq!

Sosial media artıq sadə bir kommunikasiya kanalı olmaqdan çıxıb, brendinizin ən güclü səsi, ən sürətli vitrininə çevrilib. Düzgün strategiya, cəlbedici kontent və vaxtında paylaşılan hər post müştərilərinizin zehnində daimi iz buraxır.

Trenders olaraq biz bazarı, auditoriyani və Azərbaycan istehlakçısının düşüncə tərzini dərindən bilirik. Bu biliyimizi qlobal SMM yanaşması ilə birləşdirərək hər müştərimiz üçün tamamilə fərdi, ölçülə bilən nəticələr yaradan strategiyalar hazırlayırıq.

"

Bizim məqsədimiz sadəcə rəqəmlərdən ibarət izləyicilər toplamaq deyil; brendinizə ürəkdən bağlı olan, paylaşımlarınızı həvəslə gözləyən və sizi müdafiə edən sadiq bir icma formalaşdırmaqdır.

SMM
01
SMM

SMM Strategiyası

Güclü bir sosial media mövcudluğu özbaşına yaranmır, onu qurur, planlaşdırır, düzəldirlər. Trenders hər müştərisi üçün ilk növbədə dərindən analitik araşdırma aparır: rəqiblərinizin profilini, hədəf auditoriyamızın sosial media davranışlarını, hansı məzmun növlərinin eyni sənayedə daha çox əks-səda yaratdığını incəliklə öyrənirik.

Bu araşdırmanın üzərindən hazırladığımız SMM strategiyası brendinizin səsini tapmaqla başlayır. Hansı ton? Hansı vizual dil? Hansı platformlar? Hansı yayım tezliyi? Bu suallara verilən hər cavab data ilə əsaslandırılır, intuisiya ilə yox. Nəticədə əlinizdə həm brendinizi təmsil edən, həm də alqoritm tərəfindən dəstəklənən bütöv bir sosial media yol xəritəsi olur.

"

Yeni nəsil reklamı yox, səmimiyyəti seçir. Biz trendlərin arxasınca qaçmırıq; hədəf kütlənizlə eyni dildə danışaraq trendin özünü yaradırıq.

Quote side

Yeni nəsil istifadəçilər saxta reklamı və səmimiyyətsizliyi ilk baxışdan hiss edir. Trenders olaraq, hədəf kütlənizin dilində danışan, trendləri sadəcə təqib edən deyil, onları yaradan kreativ kontent strategiyaları qururuq.

02
SMM

Kreativ Kontent Planlaması

Scroll edən birinin bir saniyəlik diqqətini qazanmaq üçün kontent yalnız gözəl deyil, eyni zamanda ağıllı olmalıdır. Trenders-in kontent komandası hər plat­forma üçün xüsusi hazırlanmış vizuallar, video reels, hekayə formatları, karusel postlar və kopiraytinq mətnləri yaradır.

Yaradıcı prosesimizdə brendinizin kimliyindən heç vaxt kənara çıxmırıq. İstər Instagram üçün estetik bir feed konsepti, istər LinkedIn üçün peşəkar bir thought leadership yazısı, istərsə də TikTok üçün cəlbedici qısa video, hər bir kontent brendinizin ümumi fəlsəfəsinin bir parçası kimi qurulur. Çünki ardıcıllıq güvən yaradır, güvən isə müştəri yaradır.

SMM
03
SMM

İcma idarəçiliyi

Sosial media canlı bir ekosistemdir. Onu izləmək, qidalandırmaq və inkişaf etdirmək lazımdır. Trenders müştərilərinin hesablarını sanki öz brendimizmiş kimi idarə edir. Gündəlik izləmə, şərhlərə cavab vermə, icma ilə qarşılıqlı əlaqə saxlama, kriz anlarında sürətli reaksiya xidmət paketimizin ayrılmaz hissəsidir.

Hesab idarəetməsi xidmətimizə kontent təqviminin hazırlanması, planlı paylaşımların idarə edilməsi, izləyici artımının monitorinqi və aylıq performans hesabatları da daxildir. Siz biznəsinizlə məşğul olun, biz sosial medianızın gündəlik nəbzini tutaq.

Trenders glassmorphism

Brendinizi kütlələrə daha təbii çatdırmaq üçün auditoriyası ilə səmimi bağı olan doğru influenserləri seçirik.

"
Natura
SMM

Sosial Media Strategiyası - Natura

Təbii meyvə şirələri bazarının aparıcı brendlərindən olan Natura üçün Trenders komandası Facebook və Instagram platformalarında yaradıcı kontent strategiyası həyata keçirir. Məqsədimiz brendin təbii imicini geniş auditoriyaya çatdırmaq, hədəf kütləsi ilə canlı ünsiyyət qurmaq və məhsulları sosial mediada davamlı şəkildə təşviq etməkdir.

Bu məqsədlə, brend üçün xüsusi vizual üslub formalaşdırır; qrafik, motion dizayn və illüstrasiyalarla zəngin kontent istehsal edirik. Kopiraytinq, foto-video çəkilişləri və dəqiq hədəflənmiş reklam kampaniyalarını tam idarə edərək, Natura-nın rəqəmsal məkanda istehlakçı ilə birbaşa, səmimi bağ quran dinamik bir brend olaraq mövqeyini gücləndiririk.

Bizimlə Əlaqə 

Böyük hədəfləriniz üçün doğru tərəfdaş axtarışındasınız? Biznesinizə uyğun marketinq və rəqəmsal həllər üçün bizimlə əlaqə saxlayın.

ÜnvanSabah Residence, 20 Ziya Yusifzadə, Baku 1003
İş saatlarıBazar ert - Cümə: 09:00 - 18:00
Bizi izləyin
Xidmət seçin
Büdcənizi seçin
Müddəti seçin

By submitting, you agree to our Terms and Privacy Policy.