
MARINA VILLAGE
Marina Village dəniz kənarında tamamilə yeni bir həyat fəlsəfəsi və memarlıq vizyonu təqdim edən xüsusi yaşayış kompleksidir.



Trenders olaraq, bu möhtəşəm layihənin qlobal və yerli imicini formalaşdırır, vebsaytdan çap materiallarına qədər hər bir toxunuşda onun unikal xarakterini əks etdiririk.
Kontent planın hazırlanması
Qlobal kampaniyaların adaptasiyası və yayımı
Fiziki və vizual materialların dizaynı
Veb saytın idarə olunması
Marina Village-in Rəqəmsal Varlığı və SMM İdarəçiliyi
Marina Village üçün qurduğumuz SMM strategiyası sadəcə bir daşınmaz əmlak nümayişindən əlavə, dəniz kənarında vəd olunan fərqli bir günün hekayəsidir. Sosial media şəbəkələrində xaotik və təkrarlanan paylaşımlardan tamamilə qaçaraq, layihənin hər bir üstünlüyünü - arxitektur detalları, dəniz mənzərəsini və təqdim etdiyi sosial mühiti ön plana çıxaran vahid vizual fəlsəfə formalaşdırdıq.
Kampaniya postlarının hazırlanmasında məlumatlandırma və emosional bağ yaratma prinsiplərini tarazlayırıq. Hər bir vizual kompozisiya və onu müşayiət edən mətn, izləyicini bu unikal məkanda yaşamağın necə bir hiss olduğunu hiss etməyə dəvət edir.

Strategiya və Aylıq Planlama



Kampaniya Fokuslu Vizual Dil

Marina Village üçün olan kontent strategiyası layihənin üç sütununu - dənizkənarı lüksü, Venesiya üslubunu və icma həyatını rəqəmsal dünyada vizuallaşdırır.




İnnovasiya və İnteqrasiya
Marina Village-in rəqəmsal ekosistemini qurarkən vebsaytı sadəcə texniki tapşırıq deyil, layihənin dənizkənarı yaşam tərzini əks etdirən strateji alət kimi idarə etdik. İstifadəçi təcrübəsini (UX) ön plana çəkərək məkandakı hər bir detalı, coğrafi üstünlükləri və mənzil planlarını interaktiv təqdim edən dinamik bir veb-arxitektura formalaşdırdıq.
Eyni zamanda, qlobal reklam kampaniyalarının yaradılması və onların yerli kontekstə adaptasiyası prosesini peşəkarlıqla idarə edirik. Qlobal vizyonu yerli dəyərlərlə elə sintez edirik ki, mesajın orijinal gücü və fəlsəfəsi tam qorunub saxlanılır.
Bizimlə Əlaqə
Böyük hədəfləriniz üçün doğru tərəfdaş axtarışındasınız? Biznesinizə uyğun marketinq və rəqəmsal həllər üçün bizimlə əlaqə saxlayın.
