
BRABUS ISLAND BAKU
BRABUS Island Baku, dünyaşöhrətli alman brendinin "One-Second-Wow" missiyasını Xəzər sahillərinə daşıyan eksklüziv yaşayış konsepsiyasıdır.



Bu iddialı qlobal layihənin marketing strategiyasının hər bir mərhələsində onun cəsarətli xarakterini və unikal brend fəlsəfəsini əks etdiririk.
Eksklüziv tədbir təşkilatı və PR menecment
Sosial media idarəçiliyi və rəqəmsal strategiya
Veb-saytın hazırlanması və interaktiv UX/UI həlləri
Peşəkar prodakşn, çap materialları və motion dizayn
Tədbir Kommunikasiyası, PR və Eksklüziv Rəqəmsal Hekayəçilik
BRABUS Island Baku üçün qurduğumuz strategiya, brendin qlobal "One-Second-Wow" missiyasını rəsmi təqdimat gecəsindən başlayaraq rəqəmsal dünyaya daşıyan bütöv bir konsepsiyadır. Sosial şəbəkələrdə standart və monoton daşınmaz əmlak təqdimatlarından tamamilə qaçaraq; influencer marketinq, güclü PR xidmətləri və peşəkar foto/video çəkilişləri vəhdət təşkil edən unikal bir kommunikasiya xətti üzərində birləşdirdik.
Hər bir vizual materialın və motion dizayn həllinin hazırlanmasında yüksək mühəndislik hissini və kompromissiz yaşam tərzini ön plana çıxardıq. Mətn və vizual kompozisiyalar sadəcə yaşayış sahəsini deyil, hər bir detalda BRABUS mükəmməlliyini hiss etdirən dinamik bir hekayəni canlandırır.

Eksklüziv Tədbir İdarəçiliyi və PR



Yüksək Performanslı Vizual və Motion Dizayn

BRABUS Island Baku üçün yaratdığımız kontent strategiyası layihənin üç əsas elementini - alman keyfiyyət standartlarını, özəl ada azadlığını və fərdiləşdirilmiş rezidensiya konsepsiyasını rəqəmsal dünyada vizuallaşdırır.




İnnovasiya və Rəqəmsal Arxitektura
BRABUS Island Baku-nun rəqəmsal ekosistemini qurarkən veb-saytı layihənin brend kimliyini və dənizkənarı unikal mövqeyini əks etdirən interaktiv bir alət kimi ərsəyə gətirdik. İstifadəçi təcrübəsini (UX) ön plana çəkərək, adadakı özəl marina çıxışlarını, mənzil planlarını və brend rezidensiyaların daxili dizayn elementlərini istifadəçiyə rəqəmsal olaraq hiss etdirən dinamik veb-arxitektura formalaşdırdıq.
Eyni zamanda, fiziki və rəqəmsal toxunuşların bütövlüyünü təmin etmək məqsədilə çap materiallarının dizaynını qlobal brend estetikasına tam uyğunlaşdırdıq. Alman dizayn nəhənginin fəlsəfəsini yerli bazarın gözləntiləri ilə elə sintez etdik ki, orijinal mesajın gücü tam qorundu.
Bizimlə Əlaqə
Böyük hədəfləriniz üçün doğru tərəfdaş axtarışındasınız? Biznesinizə uyğun marketinq və rəqəmsal həllər üçün bizimlə əlaqə saxlayın.
