Kopirayter təcrübəçi

Vəzifə haqqında

Kopirayterlik, hədəf auditoriyanın diqqətini cəlb etmək, brend mesajını ötürmək və müəyyən bir hərəkətə sövq etmək üçün təsirli mətnlərin yaradılması prosesidir. Bu rol, brendin dilini və tonunu müəyyənləşdirməyi, müxtəlif rəqəmsal və ənənəvi platformalar üçün kreativ ideyalar (konseptlər) vizuallaşdırmağı və fikirləri sözlərlə birbaşa, auditoriyaya ən yaxın şəkildə çatdırmağı əhatə edir.

Bacarıqlar

Tam iş günüTəcrübə proqramı Ofisdə Rus dilliHekayəçilikKreativlikRedaktəSEOAnalitika

Öhdəliklər

  • • Sosial media platformaları, veb-saytlar, bloqlar və marketinq materialları üçün kontent yaradılmasında köməklik göstərmək.
  • • Kreativ komandaya post mətnlərinin (caption), kampaniya mesajlarının və kommunikasiya materiallarının hazırlanmasında dəstək olmaq.
  • • Brendlər, sahələr, rəqiblər və bazar trendləri üzrə araşdırmalar aparmaq.
  • • Brendin səs tonuna (tone of voice) və kommunikasiya təlimatlarına uyğun olaraq mətnlərin yazılması və redaktə edilməsində köməklik göstərmək.
  • • Beyin fırtınası (brainstorming) sessiyalarında iştirak etmək, kampaniyalar və kontent layihələri üçün kreativ ideyalar təklif etmək.
  • • Təqdimatların, təkliflərin (proposal) və marketinq sənədlərinin hazırlanmasına dəstək vermək.
  • • Mətnlərin dəqiqliyini və ardıcıllığını təmin etmək üçün onları yoxlamaq (proofread) və nəzərdən keçirmək.
  • • Gündəlik layihələrdə dizaynerlər, akkaunt menecerlər və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək.

Tələblər

  • • Marketinq, Kommunikasiya, Jurnalistika, Filologiya, İctimaiyyətlə Əlaqələr (PR) və ya müvafiq sahə üzrə sonuncu kurs tələbəsi və ya məzun.
  • • Azərbaycan dilində güclü yazılı ünsiyyət bacarıqları.
  • • Rus və ya ingilis dillərini yaxşı səviyyədə bilmək üstünlükdür.
  • • Kopiraytinq, reklam, brendinq və rəqəmsal marketinq sahələrinə maraq.
  • • Kreativ düşüncə və öyrənməyə həvəs.
  • • Detallara qarşı yüksək diqqət və yazı bacarıqlarını inkişaf etdirmək istəyi.
  • • Tapşırıqları idarə etmək və təyin olunmuş vaxt limitlərinə (deadline) əməl etmək bacarığı.
  • • Sosial media platformaları və rəqəmsal kontent trendləri ilə tanışlıq.
  • • Pozitiv yanaşma, maraq dairəsinin genişliyi və yüksək məsuliyyət hissi.

Bizimlə Əlaqə 

Böyük hədəfləriniz üçün doğru tərəfdaş axtarışındasınız? Biznesinizə uyğun marketinq və rəqəmsal həllər üçün bizimlə əlaqə saxlayın.

ÜnvanSabah Residence, 20 Ziya Yusifzadə, Baku 1003
İş saatlarıBazar ert - Cümə: 09:00 - 18:00
Bizi izləyin
Xidmət seçin
Büdcənizi seçin
Müddəti seçin

By submitting, you agree to our Terms and Privacy Policy.